Dərc edildi: Baxış sayı: 1014
Martın 25-i "Azərbaycanın Milli Qəhrəmanı" adının qanunla təsis edildiyi gündür
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.
"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
"Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
Mənbə: Ordu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət