Dərc edildi: Baxış sayı: 403
Martda xaricilərin Azərbaycanda kart əməliyyatları 45% azalıb
Bu ilin mart ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,1 milyon manat yaxud 45% azdır.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib. Bu isə 2019-cu ilin birinci rübü ilə müqayisədə 38,4 milyon manat yaxud 22,12% azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət