Slimfit
  1. İDMAN

Marko Rossi: 'Azərbaycanla görüşdə uğursuzluq olsa, xəyal qurmaq lazımsızdır'

Marko Rossi: 'Azərbaycanla görüşdə uğursuzluq olsa, xəyal qurmaq lazımsızdır'
Sakura

Marko Rossi: 'Azərbaycanla görüşdə uğursuzluq olsa, xəyal qurmaq lazımsızdır'

Futbol üzrə Macarıstan millisinin baş məşqçisi Marko Rossi Azərbaycan yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə müsahibə verib.

"Report"un məlumatına görə, "Nemzetisport" nəşrinin suallarını cavablandıran 55 yaşlı mütəxəssis əvvəlki turda Xorvatiyaya uduzsalar (0:3) da, final mərhələsinə yüksəlmək üçün şanslarının qaldığını bildirib.

İtaliyalı məşqçi həmin gün baş tutan Slovakiya - Macarıstan oyununun nəticəsinin (1:1) onlar üçün pis olmadığını vurğulayıb: "Bizim hələ də final mərhələsi üçün ümidlərimiz qalıb. Azərbaycana qarşı matçda üç xal qazanmalıyıq. Həmin görüşdə uğursuzluq olsa, xəyal qurmaq lazımsızdır. Onları məğlub etmək isə tamamilə fərqli bir münasibət tələb edir".

Rossi Azərbaycan yığması ilə oyundan öncə, əsasən, zehni hazırlığa önəm verəcəklərini söyləyib: "Kritik vəziyyətlərdə beyindəki, demək olar ki, hər şeyə qərar verilir. Ümid edirəm ki, bazar günü fərqli bir Macarıstan komandası meydana girəcək".

Qeyd edək ki, oktyabrın 13-də “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR