Slimfit
  1. MEDİA

Marin Group şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat köçürdü

Marin Group şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat köçürdü
Sakura

Marin Group şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat köçürdü

"Müdafiə Nazirliyinin məlumatına əsasən, 27 sentyabr 2020-ci il tarixdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmuş, Azərbaycan ordusunun cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.

Buna qarşılıq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Ordumuzun uğurlu fəaliyyəti sayəsində artıq cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ciddi hərbi uğurlar əldə olunub, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

Bu birlik anında Marin Group şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15000 manat vəsait köçürmüşdür.

Yaşayış Komplekslərinin tikintisi ilə məşğul olan Marin Group şirkəti daim Milli Ordumuzun və Ali Baş Komandanın yanında olduğunu ifadə edir.

Torpaqlarımız uğrunda gedən döyüşlərdə ordumuza dəstək olmaqdan qürur duyuruq.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri, Yaşasın Azərbaycan!"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR