Slimfit
  1. MARAQLI

Maraqlı test: paltar seçin və həyatın hansı mərhələsində olduğunuzu öyrənin!

Maraqlı test: paltar seçin və həyatın hansı mərhələsində olduğunuzu öyrənin!
Sakura

Maraqlı test: paltar seçin və həyatın hansı mərhələsində olduğunuzu öyrənin!

1 nömrəli paltar

Siz həyatda ən sadə şeylərə və ləzzətlərə can atırsınız. Siz sükut və yalnızlıqdan zövq alırsınız. Başqalarının yanında olanda hər şeyin evdəki kimi olmasına üstünlük verirsiniz. Elə buna görə də siz ancaq ən yaxın dostlarınız və yaxınlarınızla vaxt keçirməyi xoşlayırsınız. Gələcəyiniz mütləq xoşbəxt olacaq - ən azından ona görə ki, nəyi sevdiyinizi və nəyin sizə uyğun olduğunu bilirsiniz. Siz gözəlliyi sadə şeylərdə görməyi bacaran nadir insanlardansınız. Kiməsə həyat tərziniz darıxdırıcı görünə bilər, amma əmin ola bilərsiniz ki, həyatınızda lazımsız anlar olmayacaq.

2 nömrəli paltar

Siz sadəcə varlı insan olmağa məhkumsunuz. Amma siz bilirsiniz ki, firavan həyat yolu zəhmətkeşlikdən keçir. Həyatda sizi ancaq xoş şeylər və hadisələrin əhatə etməsini istəyirsiniz, amma anlayırsınız ki, bütün bunlara nail olmaq üçün çox çalışmalı və hədəflərinizə addım-addım irəliləməlisiniz. Zirvəyə qalxmaqdan qorxmursunuz. Amma verəcəyimiz əsas məsləhər belə səslənir: “Zirvəyə qalxma prosesindən zövq almağı unutmayın”.

3 nömrəli paltar

Siz çox ehtiyatlı olmalısınız. Sizdə riskə və tələsik qərarlar qəbul etməyə həddən artıq meyliniz var. Xəbərdarlıq nişanlarını oxumağı və növbəti macəralara atılmazdan əvvəl düşünməyi öyrənin. Fotodakı yanğın hidrantı - təhlükənin simvoludur. Üstəlik siz geyimin arxasında gizlənən şeyləri bilməməyinizə sakit yanaşırsınız. Bu, sizi xəbərdar etməlidir. Son vaxtlar çox tez-tez risk etməyinizlə razısınızsa, ola bilsin ki, irəliyə çox böyük ehtiyatla irəliləməyin vaxtı çatıb.

4 nömrəli paltar

Əgər siz bu paltarı seçibsinizsə, onda döyüşə atılmağa hazırsınız. Bu, hüquqi mübahisə, hakimiyyət uğrunda mübarizə və ya nəyin bahasına olursa olsun karyerada irəliləmək ola bilər. Siz irəliləməyə tam hazırsınız. Sizə məxsus olanı əldə etməyə hazırsınız. Bəlkə özünüzü uzun müddət “kilidlənmiş” kimi hiss edirsiniz və indi həyatdan qisas almaq istəyirsiniz.

5 nömrəli paltar

Əgər bu paltarı seçmisinizsə, narahat olmayın. Sizə lazım olan yalnız sakitləşməkdir. Həyatınız sadə, rahat və təhlükəsiz bir şey axtarışıdır. Yəqin ki, bu, hər zaman belə olmayıb. Narahatlığınız və təhlükəsizlik axtarışının səbəbi peşəkar və ya şəxsi həyatınızdakı çətin dövr ola bilər. Hazırda özünüzü sizi heç bir şərtsiz sevən sadiq insanlarla əhatə etməyə çalışırsınız. Əgər indi siz həqiqətən çətin vaxtlar keçirirsinizsə, əvvəllər nəzərə almadığınız şeylərdə məmnunluq axtarmağa davam edin. Fasilə verin. Həyat gəminizi silkələyən insanlarla ünsiyyətdən çəkinin.

6 nömrəli paltar

Son vaxtlar sizə nəyin əziyyət verdiyinizi söyləyə bilmərik, amma bir şey sizi çox narahat edir. Yaxşı xəbər budur ki, sizdə bu vəziyyətdən çıxmaq üçün kifayət qədər optimizm ehtiyatı var. Qara günlər geridə qalacaq, çünki sizin irəli getmək üçün cəsarətiniz var. Siz hələ “işığa” çatmamısınız, amma görmə sahəsindəsiniz. Parlaq gələcək sizin üçün çox uzaq görsənsə belə siz təslim olmayacaqsınız. Arxada qalan haqqında düşünsəniz daha yaxşı olar. Gec-tez siz finala çatacaq və axtardığınız azadlığı tapacaqsınız.

7 nömrəli paltar

Həyatınızda başlayacaq xaosa hazır olun. Amma dünyada öhdəsindən gələ bilməyəcəyiniz heç nə yoxdur. Özü də siz özlüyünüzdə belə insansınız: növbəti addımınızın nə olduğunu bilməməyi xoşlayırsınız. Siz hər zaman yeni imkanlar üçün qapınızı açıq saxlamaq istəyirsiniz. Bu da çox yaxşıdır! Həyatınızda yeni fürsətlər daim və heç nədən yaranacaq. Yaxın vaxtlarda sizi hansısa sürprizin gözləyəcəyinə hazır olun. Xoşdur ya yox, bilmirik. İstənilən halda sizin üçün çıxışı göstərəcək qapılar açılacaq.

8 nömrəli paltar

Xarakterinizin əsas xüsusiyyəti hər şeylə maraqlanmağınızdır. Siz hər zaman yeni bir şey hiss etmək və ya öyrənməyə can atırsınız. Hər zaman gözlənilməz riskləri qəbul etməyə hazırsınız. Düzdür, bəzən qərarlarınızın nəticələri barədə daha çox düşünmək lazım gəlir. Amma son nəticədə məhz bu xüsusiyyət sizə parlaq və rəngarəng duyğular dolu bir həyat yaşamağa imkan verəcək. Yəqin ki, belə fikirlər sizdə tez-tez yaranır: “Mən nə etdiyimi bilmirəm. Düzgün edib-etmədiyimi bilmirəm. Amma mən bunu edəcəyəm, çünki həyat hər şeyi sınamamaq üçün çox qısadır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR