Dərc edildi: Baxış sayı: 583
'Mançester Yunayted' heyətinə yeni müdafiəçi cəlb edib
İngiltərənin "Mançester Yunayted" klubu "Kristal Pelas"ın futbolçusu Aaron Van-Bissakı heyətinə qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı oyunçu üçün "Mançester Yunayted"in 50 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Aaron Van-Bissakı "Kristal Pelas"ın yetirməsidir. O, 2018-ci ilin fevralın İngiltərə Premyer Liqasında debüt edib. Müdafiəçi 2018/2019 mövsümündə 35 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət