Dərc edildi: Baxış sayı: 705
"Mançester Siti" və "Barselona" "Yuventus"un futbolçusunu istəyir
İtaliya "Yuventus"unun futbolçusu Adrian Rabyo ilə Avropanın digər nəhəng klubları maraqlanır.
"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, İspaniya "Barselona"sı və İngiltərənin "Mançester Siti" klubu 26 yaşlı fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
İtaliya çempionu Rabyonu satmaq istəsə, klublar onun transferini nəzərdən keçirəcək.
Qeyd edək ki, Adrian Rabyo 2019-cu ilin iyulunda Fransa PSJ-sindən "Yuventus"a keçib. Onun Turin təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət