Dərc edildi: Baxış sayı: 556
"Mançester Siti" müdafiəçi üçün 89 milyon avro təklif etdi
İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Xose Mariya Ximenes karyerasını İngiltərədə davam etdirə bilər.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi "Mançester Siti" 25 yaşlı müdafiəçi üçün böyük məbləğ təklif edib. "Şəhərlilər" uruqvaylı oyunçudan ötrü 89 milyon avro və əlavə 5 milyon avro bonus ödəməyə hazırdır.
"Atletiko" oyunçunu buraxmaq istəməsə də, təklifi nəzərdən keçirəcək.
Qeyd edək ki, Xose Mariya Ximenesin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. Onun sözləşməsində 120 milyon avro təzminat qarşılığında komandadan ayrıla biləcəyi yazılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət