Dərc edildi: Baxış sayı: 418
Maliyyə naziri: “Hesablama Palatasının rəyinin bir hissəsi ilə qəti razı deyilik”
““2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında "2019-cu ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Hesablama Palatasının rəyində razılaşmadığı müəyyən fikirlər var:
“Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət