Dərc edildi: Baxış sayı: 586
Maliyyə naziri: "45 gün sonra problemli kreditlərlə bağlı nazirlikdə Qaynar Xətt yaradılacaq"
Problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyində Qaynar Xətt yaradılacaq.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlaması zamanı bildirib.
Nazirin sözlərinə görə, zamin, borclu, bank və ya kredit təşkilatı digər prosesə qoşulmuş tərəflər arasında hər bir fərdi halın baxılmasına ehtiyac var.
“Problemi kreditlərin həlli ilə bağlı verilmiş sərəncam çərçivəsində şübhəsiz ki, bir çox suallar yaranacaq.Maliyyə Nazirliyinin saytında müvafiq bölmə yaradılıb. Çox güman ki, 45 gün sonra nazirlikdə Qaynar Xətt də yaradılacaq. Zənglər daxil olarkən operativ şəkildə cavablandırılacaq”, - nazir əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət