Slimfit
  1. CƏMİYYƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası daha bir şirkəti cərimələyib

Maliyyə Bazarlarına Nəzarət Palatası daha bir şirkəti cərimələyib
Sakura

Maliyyə Bazarlarına Nəzarət Palatası daha bir şirkəti cərimələyib

Maliyyə Bazarlarına Nəzarət Palatası "Sahil Trading" şirkətini cərimələyib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.

Bu əmələ görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan "Sahil Trading" Türkiyənin bir çox markalarının distributorluğunu alaraq, qida və qeyri-qida məhsullarının satışını həyata keçirən şirkətdir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR