Dərc edildi: Baxış sayı: 1032
Makron: Bu tarixdə Putinlə danışacağam!
Yanvarın 28-də günün birinci yarısında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağam.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla birgə media konfransında çıxışında deyib.
“Rusiya prezidenti ilə danışıq aparmağı planlaşdırıram. Bu, şəxsi görüş deyil, telefon danışığı olacaq”, - deyə Makron bildirib.
Fransa lideri bildirib ki, rusiyalı həmkarı ilə ümumi vəziyyəti müzakirə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət