Dərc edildi: Baxış sayı: 669
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr
Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -a verilən məlumata görə, həmin sahələr aşağıdakılardır:
✅ Qapı və qapı tutacaqları
✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları
✅ Ödəniş terminalları
✅ Kassada yerləşən konveyerlər
✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər
✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər
✅ Soyuducuların tutacaqları
✅ Tullantı qabları
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət