Dərc edildi: Baxış sayı: 503
Maduro Papaya venesuelalıların katolisizmdən getdiyini bildirib
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə vətəndaşları özünü siyasi hərəkətlərlə etibardan salmış katolik kilsəsindən kütləvi şəkildə uzaqlaşırlar.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Əziz ata Fransisk, sizə Venesuela xalqının katolisizmdən imtina etdiyini demək istəyirəm. Ölkə vətəndaşlarının demək olar, 40 faizi özlərini xaçpərəst elan etdilər, əvvəlcə bu rəqəm 3 faiz idi", - deyə bələdiyyə başçıları ilə görüşün gedişatında Maduro bildirib.
Dövlət başçısının fikrincə, bu hadisə son illər katolik kilsəsinin baş keşişlərinin siyasi fəallığı ilə şərtlənib. Onlar faktiki olaraq Venesuelanın yepiskop icmasından siyasi partiya kimi istifadə edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət