Slimfit
  1. DÜNYA

Macarıstan Ukraynadakı NATO missiyasında iştirak etmək istəmir?

Macarıstan Ukraynadakı NATO missiyasında iştirak etmək istəmir?
Sakura

Macarıstan Ukraynadakı NATO missiyasında iştirak etmək istəmir?

İyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberqin Macarıstana səfəri gözlənilir.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "M1" telekanalına müsahibəsində bildirib.

"İki gündən sonra NATO-nun baş katibi burada olacaq və onunla Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirakdan necə imtina edə biləcəyini müzakirə edəcəyik", - hökumət başçısı bildirib.

Orban daha əvvəl bəyan etmişdi ki, Macarıstan NATO ilə alyansın öz ərazisindən kənarda həyata keçirdiyi hərbi əməliyyatlarda, o cümlədən Ukraynada Rusiyaya qarşı mümkün əməliyyatlarda iştirak etməyəcəyi barədə razılığa gəlmək niyyətindədir. Baş nazirin sözlərinə görə, o, bununla bağlı Stoltenberqlə razılaşma əldə etmək istərdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR