Slimfit
  1. DÜNYA

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçdi

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçdi
Sakura

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçdi

Macarıstan parlamenti yaz sessiyasının ilk iclasında ölkə prezidenti Katalin Novakın istefasını yekdilliklə qəbul edib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda ölkə parlamentin saytında məlumat verilib.

Bildirilib ki, iclasda iştirak edənlərin hamısı - 196 deputat istefanın təsdiqinə səs verib.

Novak bu ilin fevralında prezidentlikdən istefa verdiyini açıqlamışdı. Onun sözlərinə görə, 2023-cü ilin aprelində pedofiliya ilə məşğul olan şəxsi əfv edərkən bağışlanmaz səhv edib.

Onun yerinə parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şuyokun namizədliyini irəli sürüb. Bazar ertəsi gün ərzində onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək.

Qeyd edək ki, Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR