Dərc edildi: Baxış sayı: 689
Lukaşenko oğullarını cəzalandırmasından danışdı - “Kəmər xeyirlidir”
“Uşaq üçün yaxşı kəmər də xeyirlidir”.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Viktoru böyük oğul kimi tez-tez cəzalandırmışam”, - deyən Belarus lideri bildirib ki, bunu görən ortancıl oğlu özünü sakit aparırmış. Lukaşenko kiçik oğlunu heç vaxt cəzalandırmadığını deyib. “O, cəzaya layiq olmayıb”, - Belarus prezidenti qeyd edib.
Eyni zamanda, Lukaşenko etiraf edib ki, uşaqların cəzalandırılmasının tərəfdarı deyil, ancaq müəyyən situasiyalarda bundan qaçmaq olmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət