Slimfit
  1. DÜNYA

Lukaşenko Merkellə danışmaqdan imtina etdi

Lukaşenko Merkellə danışmaqdan imtina etdi
Sakura

Lukaşenko Merkellə danışmaqdan imtina etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Angela Merkellə danışmaqdan imtina edib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə A. Merkel Avropa İttifaqının (Aİ) Belarusdakı vəziyyətlə bağlı təcili videokonfransından sonra bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Aİ Belarusun vətəndaş cəmiyyətini dəstəkləyəcək, lakin əvvəlcə Belarus müxalifəti özünün nə istədiyi barədə qərar verməlidir.

O, telefon danışığı zamanı Rusiyanın hərbi müdaxiləsinin çox mürəkkəb proseslərə səbəb olacağı barədə Vladimir Putinə xəbərdarlıq etdiyini də qeyd edib.

“Lukaşenko mənimlə danışmaqdan imtina etdiyi üçün bu anda özümü vasitəçi rolunda görmürəm. Öz tərəfimizdən bu ölkədə milli dialoqa təkan vermək üçün hər şeyi edəcəyik”, - deyə A. Merkel vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR