Lukaşenko helikopterdə görüntüləndi: Əynində zirehli geyim, əlində avtomat
Belarusda bu gün keçirilən və 100 mindən artıq insanın iştirak etdiyi etiraz aksiyası fonunda Prezident Aleksandr Lukaşenkonun ölkəni tərk etdiyi xəbəri yayılıb.
Məlumata görə, onun iqamətgahı üzərində helikopter uçub. Ancaaq daha sonra bildirilib ki, Lukaşenko həmin helikopterlə ölkəni tərk etməyib, əksinə aksiya yerinə, yəni qiamətgaha gedib.
Cebhe.info-nun yerli kanallara istinadən məlumatına görə, Lukaşenko bir saat əvvəl aksiyaçıların mühasirəyə aldığı Müstəqillik sarayına gedib. O, helikopterdə əynində zirehli geyim, əlində isə avtomatla görüntülənib.
Silahın təyinayı məlum deyil. Hətta yayılan görüntülərdə Lukaşenkonun səsini də eşitmək mümkündür. O, mühafizəçidən "Orda kimdə qalmayıb, eləmi?",- deyə soruşub.
Güc struktarları sarayı mühasiyə alıb. Bir neçə nəfər saxlanılıb, ancaq dərhal da azad edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət