Slimfit
  1. AZƏRBAYCAN

Lukaşenko Azərbaycana KTMT ilə bağlı vəd verib - Badalyan

Lukaşenko Azərbaycana KTMT ilə bağlı vəd verib - Badalyan
Sakura

Lukaşenko Azərbaycana KTMT ilə bağlı vəd verib - Badalyan

Lukaşenko Azərbaycana KTMT ilə bağlı vəd verib.

Axar.az xəbər verir ki, bu sözlər erməni jurnalist Akop Badalyanın “Lragir.am” saytındakı məqaləsində yer alıb.

“Bir müddət əvvəl Minskdə Azərbaycan Prezidentini qəbul edən Lukaşenko ona böyük ehtimalla Paşinyana təzyiq edəcəyi ilə bağlı vəd verdi. Bundan sonra Putin Paşinyana KTMT sammitini təxirə salmağı təklif edərək, Lukaşenkoya sürpriz yaratdı. Lukaşenko Əliyevə vəd verdiyi məsələni Avrasiya İttifaqı sammitində qaldırdı. Məsələ odur ki, hədəfdə yalnız Ermənistan yox, Putin də var idi. Lukaşenko Moskvanın hədəfə alınması üçün ənənəvi olaraq Ermənistanın maraqlarından yararlandı”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan yaydan etibarən müəyyən gedişlər edərək, Moskvanı mümkün KTMT üzvlüyü ilə “aldatmağa” cəhdlər edib:

“Rusiya başa düşdü ki, Azərbaycan KTMT-nin tamhüquqlu üzvü olmağa cəhd etmir. Bu, Türkiyə, İsrail və Pakistanla hərbi-siyasi əməkdaşlıqda problem yaradacağı üçün edilmir. Bakı artıq uzun illərdir KTMT-nin de-fakto üzvüdür. Onun maraqları blokda Ermənistanın maraqlarından daha aydın əks edilir. Onun maraqlarının provayderləri isə Rusiya ilə bərabər Belarus və Qazaxıstan olub. Aprel müharibəsindən sonra Moskva bu siyasətdə ciddi problemlərin olduğunu anladı və əyləcə basdı. Belarus və Qazaxıstanın isə belə problemi yoxdur. Onlar çalışırlar ki, Azərbaycanla əməkdaşlıq edərək, Moskvanı mühasirəyə alsınlar. Bu isə aysberqin görünən hissəsidir, ona görə, mühasirəyə alınmaya Azərbaycanla hərbi-siyasi əməkdaşlıq quran dövlətlər də girir. Bu situasiyada hədəf dəyişir. İndiki halda əsas vəzifə Azərbaycanı de-fakto KTMT-dən çıxarmaqdır ki, məhz hazırda Ermənistan Rusiyanın dəstəyi ilə bununla məşğul olur. Moskvanın, əlbəttə, öz hesabları var. Ermənistanın yeni hakimiyyətinin legitimliyi üçün bunun xüsusi əhəmiyyəti var, hansı ki, məhz bu, Rusiyanın Ermənistandan tamah xətrinə istifadəsini dayandıra bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR