" Lopeteqinin taleyi "Barselona" matçından asılıdır"
"Real"ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Viktoriya"ya qalib gəldikləri oyundan (2:1) sonra komandanın baş məşqçisi Xulen Lopeteqini istefaya göndərmək istəyib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin qələbə qazanmağına baxmayaraq, komandanın oyunu Peresi və klub nümayəndələrini qane etməyib. O, görüşdən sonra istefa qərarının açıqlanmağını istəyib. Amma klubun idman direktoru Anxel Sançes və bəzi nümayəndələr Pereslə bir araya gələrək onu sakitləşdirib. Klub prezidentinə Lopeteqi ilə bu vaxt yolları ayırmağın yaxşı olmayacağını bildiriliblər. Mütəxəssisə La Liqada "Barselona" ilə matça kimi şans verilməyi tövsiyə olunub.
"Real" bu görüşdə yaxşı nəticə əldə etməyəcəyi təqdirdə, Lopeteqi böyük ehtimalla istefaya göndəriləcək.
Mənbə : Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət