Slimfit
  1. AZƏRBAYCAN

London taksiləri də on-line sifariş sisteminə keçir

London taksiləri də on-line sifariş sisteminə keçir
Sakura

Müştərinin rəyi əsasında hər bir sürücünün reytinqi formalaşacaq

"Bakı Taksı" MMC London taksiləri ilə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün yeni proqram təminatını tezliklə sərnişinlərə təqdim edəcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sürücülərin paytaxt ərazisində ünvanlara dəqiq bələd olmaları üçün xüsusi kurslar da təşkil edilib.

"Proqramın əsas məqsədi taksi sifarişlərin elektronlaşdırılması və xidmət keyfiyyətin artırılmasıdır. Proqram isitifadəyə buraxıldıqdan sonra artıq İOS və Android platfromaları üzərində çalışan bütün mobil telefonlardan on-layn sifariş verilməsi mümkün olacaq" — deyə Allahyarova bildirib.

O, yeni proqram təminatının əsas üstünlüklərini də izah edib: "Proqram təminatı 3 dildə olacaq (azərbaycan, rus, inglis). Müştərilər proqram təminatını telefona yükləyib, onlayn şəkildə (telefon nömrəsi və ya email vasitəsi ilə) qeydiyyatdan keçə biləcəklər. Qeydiyyatdan keçdikdən sonra, xəritədə istənilən ünvanı qeyd edib taksi sifariş edə biləcəklər. Proqram təminatında sürücünün harda olduğunu və nə vaxt çatacağını da izləyə biləcəklər".

Allahyarovanın sözlərinə görə, proqram təminatında ölkəmizə gələn turistlərin və eyni zamanda yerli müştərilərin rahatlığını təmin etmək üçün şəffaf qiymət siyasətinin aparılması nəzərdə tutulub. Sifariş məlumatlarını proqrama daxil etdikdə, müştəriyə sifarişi təsdiqləməkdən öncə yekun gediş haqqı məbləği göstəriləcək.

Xidmət keyfiyyətinin ölçülməsi və artırılması məqsədi ilə proqram təminatında əlavə funksionallıqlar da nəzərdə tutulub. Hər gedişin sonunda müştəridən anonim şəkildə rəy alınır. Müştərilər rəylərini qısa və ya detallı şəkildə verə biləcəklər. Həmin rəylərin əsasında hər bir sürücünün reytinqi formalaşacaq. Əgər mənfi rəy verilibsə, həmin müştəriyə mənfi rəy alan sürücü bir daha xidmət göstərməyəcək.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR