Slimfit
  1. TÜRKİYƏ

Liviyaya nizami ordu: Mehmetçik 1993-cü ildə Azərbaycan təcrübəsini davam etdirəcək

Liviyaya nizami ordu: Mehmetçik 1993-cü ildə Azərbaycan təcrübəsini davam etdirəcək
Sakura

Tayfa və qəbilələrin başıpozuq silahlı elementləri nizami ordu ilə əvəzlənəcək.

 Liviyadakı işğalçı Haftar tərəfindən işğal edilən bir çox bölgəni xilas edərək TSK ikinci addım atır. Türkiyədə təhsil alan 192 Hərbi Akademiyanın tələbələri ilə, Libya ordusunun təməli qurularkən əskərlər silah, sursat və digər avadanlıqlarla da təchiz olunacaq.  Baş qərargah 1993-cü ildə Azərbaycandakı təcrübəsini Liviyada tətbiq edəcək.

 Milli Müdafiə Naziri Hulusi Akar və Baş qərargah rəisi General Yaşar Gülər, Anlaşma Memorandumu çərçivəsində fəaliyyətləri araşdırmaq üçün getdiyi Tripolidə vacib müqavilə imzaladılar.  Akar və Gülərin Liviya Milli Konsensus Hökuməti ilə təmasları, Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyənin iştirakı ilə reallaşıb.

 Nazir Akarın Qətərli həmkarı Atiyye və Liviyanın Baş naziri Fayiz es-Serrac ilə görüşləri zamanı Liviya ordusunun quruluşu, son inkişaflar da ətraflı qiymətləndirilib.  Görüşlərdən sonra Liviya Müdafiə Nazirinin müavini Səlahəddin Nemruş, təlim və məsləhət sahələrində hərbi təsisatlar qurulması üçün Liviyaya dəstək vermək üçün Türkiyə və Qətər Müdafiə Nazirləri ilə razılaşdıqlarını açıqlayıb. Nemruş, bu çərçivədə Liviyaya məsləhətçi və hərbi personalın göndərilməsinə qərar verildiyini bildirib.

Qətər ilə birlikdə

 Müdafiə nazirləri və ordu təmsilçiləri nəzdində keçən iclaslarda qəbul edilən qərarla, Liviyada terror hücumlarının dayandırılmasında və  sülhün bərqərar olmasında Milli Saziş Hökumətini dəstəkləyən iki ölkə, Türkiyə və Qətər;  hərbi təlim və məsləhət dəstəyi ilə birlikdə Liviya silahlı qüvvələrinin qurulması üçün    hər cür tədbir aldıqlarını və alacaqlarını bildirdilər. 

 LAZIM OLAN HƏR CÜR DƏSTƏK TƏMİN  EDİLƏCƏK

 Həyata keçiriləcək tədbirlər çərçivəsində, Liviyanın özünə kifayət qədər yetəcək hərbi qüvvə və nizami orduya sahib olması üçün hər cür dəstək, xüsusən də qurğular, sistemlər, avadanlıqlar, təlim və məsləhətlər veriləcəkdir.  Fəaliyyət daxilində; Liviya Silahlı Qüvvələrinin yenidən qurulması və nizamlanması, Liviyanın təhlükəsizliyini təmin etmək üçün təlim, təşkilat, maddi-texniki və döyüş sistemlərinin yaradılması məqsədi daşıyır.

 QƏBİLƏDƏN NİZAMİ ORDUYA

 Türkiyə və Qətər, Liviya yerli mühafizə elementləri olan  tayfa və qəbilələrin başıpozuq silahlı elementləri  nizami  ordu ilə əvəzlənəcək.  Liviyadakı  qəbilə və tayfa sistemindən müntəzəm ordu sisteminə keçilməsinin hər ölkənin bacarmayacağı  çətin bir proses olduğu və bu nəticələrin  Türkiyə və Qətərin böyük müvəffəqiyyətinin göstəricisi olduğu ifadə edildi.

 TƏMƏLİ TÜRKİYƏ HƏRBİ MƏKTƏBLƏRİ ATACAQ

 Liviya ordusunun təməli Türk hərbi məktəblərində qoyulur. Tripoli Hərbi Kollecinin Hafter qüvvələri tərəfindən vurulduqdan sonra Türkiyədəki təhsillərinə davam eden  Liviyalı əsgər tələbələr , Liviya silahlı qüvvələrinin təməlini atmaq üçün  vahid quruluş yaradacaqlar.  Hələ də 192 nəfər kursantın təhsili davam edərkən bir müddət daha  Liviya əsgərinin Türkiyənin  təhsil müəssisəsindən bəhrələnməsi planlaşdırılır.  Hərbi təhsil institutu və  müəssisələrinin təsis edildikdən sonra hərbi təlim və təhsil müəssisələri dəTürkiyə və Qətər ortaqlığında qurulacaq.

 HAFTARA QARŞI ÜSTÜNLÜK ƏLDƏ ETDİ

 Türkiyə, Suriya Milli Ordusunu da daha əvvəl nizami bir ordu olaraq hazırladı və təchiz etdi.  Müxtəlif quruluşları olan icmalardan nizamlı bir ordu yaratmaq təcrübəsi ilə seçilən Türkiyə Silahlı qüvvələri, Liviyada təlim və məsləhət fəaliyyəti çərçivəsində Liviya qəbilə və tayfalarının silahlı nümayəndələrini yetişdirmiş və təchiz etmiş və nizamlı bir ordu şəklində qurulmuş, bütün bu fəaliyyətlər nəticəsində meydanda Haftar'a qarşı böyük bir üstünlük əldə edilmişdi.  

 

 Azərbaycan modeli

 Türkiyə Silahlı Qüvvələri, qardaş   Azərbaycan ordusunun mövcud sisteminin təsisi üçün göstərdiyi fəaliyyətlərinə bənzərini Liviya ordusu üçün uyğunlaşdıracaq.  Oxşar  müqavilə Azərbaycanla imzalanmış və Azərbaycan ordusu Türkiyə ordu sistemi tərəfindən qurulmuşdu.  Turqut Özalın prezidentliyi dövründə Azərbaycanla əməkdaşlıq haqqında çox sayda saziş imzalansa da, hələ güclü ordusu olmayan Azərbaycan Ermənistanın Dağlıq Qarabağdakı hücumları qarşısında hərbi cəhətdən dəstəklənmişdi. 1993-cü ildə Azərbaycanla Hərbi Təlim Əməkdaşlıq Sazişi imzalanıb və 1994-cü ilin əvvəlində qüvvəyə minən müqavilədən sonra Azərbaycan ordusunu təşkil edəcək işlər hərbi statuslu hüquq mühafizə orqanlarının əməkdaşlarının hazırlanması ilə başladı.  Bu təhsilin bir hissəsi Türkiyədən göndərilən  polis heyəti tərəfindən Azərbaycanda verilirdi, həmçinin Türkiyədə  də təhsil verilirdi.  Azərbaycan pilotları da Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən təlim alıb və dəstəklənib.  Azərbaycan milli ordusunun yaradılması təlim, avadanlıq və məsləhət kimi hər cür dəstəyin göstərilməsi ilə dəstəkləndi.  Hərbi texniki təchizat dəstəyi də Azərbaycan ordusuna verildi.  Buna əsasən, Azərbaycan ordusu üçün qurulan sistemin hazırkı modelinin Liviyaya uyğunlaşdırılacağı gözlənilir.

 Milli Müdafiə Naziri Hulusi Akar və TSK komandirliyi Bakıda

 Milli Müdafiə Naziri Hulusi Akar və TSK komandirləri Azərbaycan və Türk Şəhidləri Qəbiristanlığını ziyarət etdilər.  Nazir Akar və onu müşayiət edən TSK komanda qrupu, Azərbaycandakı görüş çərçivəsində ilk olaraq Fəxri Xiyabana getdi.  Akar mərhum prezident Heydər Əliyevin məzarı önünə əklil qoymuş, həmçinin Əliyevin həyat yoldaşı Zərifə Əliyevanın məzarı üzərinə çiçəklər qoymuşdur.  Nazir Akarın və komandirlərin növbəti dayanacağı Şəhidlər Xiyabanı oldu.  Azərbaycan və Türk Şəhidləri Qəbiristanlığını ziyarət edən Akar və TSK komandirləri bir dəqiqəlik sükut ilə yad  etdi və Türk Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzmüşlər.

Mənbə: yenisafak.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR