Dərc edildi: Baxış sayı: 397
Livandan Ermənistana və Qarabağa 1300 erməni köçürülüb
Livandan Ermənistana və Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına kütləvi köç davam edir.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, ötən gün Beyrutdan gələn təyyarə reysi ilə Yerevana daha 185 erməni gətirilib. Son 2 ayda bu Beyrut-Yerevan marşrutu üzrə sayca 10-cu təyyarə reysidir. Bu təyyarə reysləri ilə toplan 1300 erməni Livandan Ermənistana gətirilib.
Xatırladaq ki, Livan ermənilərinin bir qismi Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə - Xankəndi, Şuşa şəhərlərinə, Laçın və Kəlbəcər rayonlarının ərazisinə yerləşdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət