Livan prezidenti Osmanlıya görə tənqid edildi
Livan Prezidenti Mişel Avn Osmanlı dövlətini təhqir etdiyi üçün tənqidə məruz qalıb.
Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri M.Avnın Osmanlı dövlətinin livanlılara qarşı terror törətməsi barədə açıqlamasına etiraz ediblər.
Livanlı tarixçi, professor Xalid əl-Cündi də “Anadolu” agentliyinə açıqlamasında Livan dövlət başçısının dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib. O, Osmanlının ayrı-ayrı xalqlara qarşı humanist yanaşmasından bəhs edib.
Qeyd edək ki, ötən gün Livan Prezidenti Mişel Avn Livan dövlətinin qurulmasının 100-cü ildönümü münasibətilə verdiyi açıqlamada Osmanlı boyunduruğundan xilas olmaq cəhdlərinin şiddət, cinayət və məzhəb çəkişməsi ilə nəticələndiyini, özlərinin terrora məruz qaldıqlarını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət