Livan İslam Cəmiyyəti: “BƏƏ Fələstin xalqına xəyanət etdi”
Livan İslam Cəmiyyəti təşkilatı BƏƏ və sionist rejimi arasındakı sazişi Fələstin xalqına böyük xəyanət adlandırıb. Livan İslam Cəmiyyəti təşkilatı BƏƏ və İsrail rejimi arasındakı uzlaşmanı qınayan açıqlamada, BƏƏ-nin hərəkətinin ABŞ siyasətinə və qondarma "əsrin müqaviləsi" planı ilə uyğun olduğunu bildirib.
Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, təşkilat hər hansı bir bəhanə ilə sionist rejimi ilə münasibətlərin hər hansı bir normallaşmasına qarşı müxalif olduğunu vurğulayıb. Ötən cümə axşamı Əbu-Dabi və Təl-Əviv, ABŞ prezidentininin səyləri nəticəsində BƏƏ və sionist rejimi arasındakı münasibətlərin normallaşdırılmasına kömək etmək istiqamətində diplomatik əlaqələrin tam normallaşdırılması üçün razılığa gəldi. İsrail rejimi və BƏƏ arasındakı razılaşma Fələstin qruplarının, bölgə ölkələrinin və bir sıra dünya siyasətçilərinin kütləvi etirazına səbəb oldu və demək olar ki, hamısı BƏƏ-ni Fələstin ideallarına xəyanət etdiyini elan etdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət