Slimfit
  1. DÜNYA

Litvaya getmək istəyənlərin diqqətinə: Karantin...

Litvaya getmək istəyənlərin diqqətinə: Karantin...
Sakura

Litvaya getmək istəyənlərin diqqətinə: Karantin...

Almaniyadan Litvaya gələnlər üçün ikihəftəlik karantin rejimi tətbiq olunur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin verdiyi məlumata əsasən, Almaniyada son 14 gün ərzində koronavirusa yoluxma nisbəti hər 100 min nəfərə 16,5 hal təşkil edir.

Litva Səhiyyə Nazirliyi bu ölkəni koronavirusun geniş yayıldığı ölkələrin siyahısına əlavə edib.

Litva Səhiyyə Nazirliyinin məlumatına görə, Litva ilə yanaşı hazırda Avropa İttifaqının (Aİ) 7 üzv ölkəsində hər 100 min nəfər əhalinin payına düşən koronavirusa yoluxma hallarının sayı 16-dan aşağıdır. Həmin ölkələr bunlardır: Sloveniya, İtaliya, Slovakiya, Estoniya, Finlandiya, Macarıstan və Latviya. Litvada koronavirusa yoluxma nisbəti isə hər 100 min nəfərə 12,8 hal təşkil edir.

Litvada mövcud qanuna əsasən, son 14 gün ərzində hər 100 min nəfər əhalinin payına koronavirusa yoluxma halının 25-dən çox düşdüyü ölkədən Litvaya gələn şəxslərin üzərində COVİD-19 üzrə verdiyi test analizinin nəticəsinin mənfi olduğunu təsdiq edən arayışın olması və mütləq ikihəftəlik özünütəcrid rejimində qalması tələb olunur.

Aİ və bir sıra digər Avropa ölkələrindən olan xarici vətəndaşların Litvaya daxil olmasına icazə verilir.

Üçüncü ölkədən olan əcnəbi vətəndaşlar hökumətin müəyyən etdiyi istisnalardan asılı olmayaraq Litva ərazisinə daxil ola bilməzlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR