Dərc edildi: Baxış sayı: 354
Litvadan Lukaşenkoya: Sizi qorxutmaq istəmirik
Litvada NATO hərbçiləri və texnikası insanları mümkün hücumdan qorumaqla əlaqədar yerləşdirilir.
Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda Belarus Prezidenti Aleksandr Lukaşenkoya cavabında deyib. O, Litvanın bununla öz əhalisinə rifahını formalaşdırmaq üçün təhlükəsizlik imkanı yaratdığını bildirib.
Nauseda bunun Litvanın yeganə hədəfi olduğunu və Vilnüsün Belarusu qorxutmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Lukaşenko Amerika hərbi kontingentinin Belarus sərhədində yerləşdirilməsinin güc nümayişi olduğunu bildirib və buna cavab veriləcəyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət