Slimfit
  1. DÜNYA

Litvada əcnəbi vətəndaşlara elektron rezident statusu verilə bilər

Litvada əcnəbi vətəndaşlara elektron rezident statusu verilə bilər
Sakura

Litvada əcnəbi vətəndaşlara elektron rezident statusu verilə bilər

 

Litva hökumətinin təqdim etdiyi qanun layihəsinə əsasən, ölkədə yaşayan əcnəbi vətəndaşlara elektron rezident statusunun verilməsinə başlanıla bilər.

AZƏRTAC xəbər verir ki, bu, əcnəbi vətəndaşlara inzibati, ictimai və kommersiya xidmətlərindən birbaşa faydalanmağa imkan yaradacaq. Sözügedən layihə Litva Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb. Yeni status sayəsində xarici vətəndaşların Litvada biznes ilə məşğul olması da asanlaşacaq.

Elektron rezident statusu almaq istəyən vətəndaş viza müraciətinə tələb olunan sənədləri hazırlayıb Miqrasiya Departamentinə təqdim edəcək. Statusu alan şəxslər xaricilərin dövlət qeydiyyatına alınacaq və onlara şəxsi kod veriləcək.

Qanun layihəsi tezliklə Seymə müzakirəyə göndəriləcək. Analoji təcrübə 5 ildir ki, Estoniyada var. Estoniyadakı elektron rezidentlər heç bir sənəd təqdim etmədən, yalnız kodlarını daxil edərək ölkədaxili onlayn xidmətlərdən yararlanırlar. Estoniyanın elektron rezidentləri siyahısında Almaniyanın kansleri Angela Merkel, Roma Papası Fransisk, Yaponiyanın Baş naziri Şinzo Abe var.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR