Slimfit
  1. DÜNYA

Litva Lukaşenkonu devirmək istəyir - Puşkov

Litva Lukaşenkonu devirmək istəyir - Puşkov
Sakura

Litva Lukaşenkonu devirmək istəyir - Puşkov

Aleksandr Lukaşenkonun Litvaya girişinin qadağan edilməsi Vilnüsün Belarus prezidentini devirmək niyyətini nümayiş etdirir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov söyləyib.

Senator ölkə rəhbərinə qarşı sanksiya tətbiqinin görülməz hadisə olduğunu bildirib:

“Vilnüs bilir ki, Lukaşenkoya qarşı sanksiya tətbiq etmək Belarus səfirini geri çağırmaq və Litva ilə diplomatik münasibətlərin səviyyəsini azaltmaq üçün bəhanədir. Bu, Lukaşenkonun devrilməsi kursunun açıq nümayişidir”.

Qeyd edək ki, dünən Litva Belarus rəsmilərinə sanksiyalar siyahısını hazırlayıb. Siyahıda Prezident Aleksandr Lukaşenko da daxil olmaqla, 32 nəfərin adı yer alıb.

Sanksiyaya əsasən, siyahıda adı olan şəxslər Litvaya səfər edə bilməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR