Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Limon suyunun insan orqanizminə inanılmaz 10 faydası

Limon suyunun insan orqanizminə inanılmaz 10 faydası
Sakura

Limon suyunun insan orqanizminə inanılmaz 10faydası

Limonun insan orqanizmi üçün bir çox faydaları var. Əgər  250 qr qaynadılmış ilıq suya bir limonun 4-də birini əlavə etsəniz limonu daha da faydalı hala gətirə bilərsiniz.
Yeniavaz.com
 limonlu suyun insan oranizmi üçün 10 faydasını təqdim edir:
- Viruslardan qoruyur. Qrip və ümumiyyətlə soyuqdəymə xəstəliklərindən qorunmaq üçün əla vasitədir. Gün ərzində içdiyiniz 1 stəkan limonlu su bədənin C vitamini balansının önəmli hissəsini təşkil edir.
- Dəri sağlamlığını təmin edir. Su dərinin təmiz qalması üçün toksinləri azaldır. Əgər siz bu suya limon da əlavə etsəniz linonun içindəki C vitamini dərinizi ləkələrdən qoruyar və qırışıqlıqları azaldır.
- Psixi problemlərə müsbət təsiri var. Limonlu suyun tərkibində bol miqdarda kalium olduğu üçün depressiya, naraharlıq və yaddaş zəifliyi kimi psixi problemlərə müsbət edir. Bu səbəbdən çox stressli olduğunuz zamanlarda C vitamini olan qidaları (məsələn, limonlu suyunu) qəbul etməniz məsləhətdir.
- Sizi daha enerjili edir. Gün ərzində enerjili olmaq üçün kofe içirsinizsə bu dəfə limonlu suyu sınayın. Belə ki, limonlu su həm kofeini azaldır, həm də daha enerjili olmağınızı təmin edir.
- Nəfəsdə qoxuları azaldır. Yediyiniz və ya içdiyiniz qidalar nəfəsinizdə qoxu yarada bilər. Bu qidalardan sonra limonlu su içməniz nəfəsinizin qoxusunu təzələyəcək.
- İltihabları aparır. Bədəninizdə iltihablanmalar olursa və onlar sizə ağrı verirsə limonlu su içməniz məsləhətdir. Limonlu su iltihabları yox edərək, qaşınmaları azaldır.
- Arıqlamağa kömək edir. Limonlu su içdikdə maddələr mübadiləsi həm güclənir, həm də sürətlənir. Həmçinin, aclıq hissini azaltdığı üçün də arıqlamağınıza yardım edir.
- Tənəffüs yolu infeksiyalarını azaldır. Limonlu su antibakterial funksiyaya malikdir. O astma xəstəliyindən və öksürəkdən xilas olmağa kömək edir.
- Xərçəng xəstəliyinin qarşısını alır. Tədqiqatlar göstərir ki, limonlu su şişlərin yaranmasının qarşısını alır və xərçəng ehtimalını azaldır.
- Böyrək daşlarının yaranmasının qarşısını alır. Həmçinin, normal ölçüdə olan daşların böyrəkdən rahat şəkildə xaric olmasında əvəzsiz rolu var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR