Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Limfostaz - "FİL XƏSTƏLİYİ"

Limfostaz - "FİL XƏSTƏLİYİ"
Sakura

Limfostaz - "FİL XƏSTƏLİYİ"

Qandan əlavə insan orqanizmində digər çox vacib maye - limfa dövr edir.

Limfa sistemi qan sisteminin hissəsi sayılır. Limfa sistemi kapilyarlar, damarlar, limfa düyünləri və limfa axarlarından ibarətdir. Limfa sistemi drenaj funksiyasını yerinə yetirir - orqanizmdə toplanan artıq mayenin qan sisteminə düşməsini təmin edir.  Limfa sistemi immun sisteminə də aiddir - limfa düyünlərində orqanizmə düşən ziyanlı mikroblar və s. yad cisimlər saxlanılır və zərərsizləşdirilir. Limfa sistemi həmçinin orqanizm tərəfindən yağların mənimsənilməsinə kömək edir. Müasir tibdə limfa sisteminin funksiyaları sona kimi öyrənilməyib.

Limfanın normal dövr etməsi orqanizm üçün çox vacibdir. Lakin müxtəlif səbəblərə görə bu prosess pozula bilər ki, nəticədə insanda limfostaz xəstəliyi inkişaf edir. El arasında bu xəstəlik "fil xəstəliyi" adlandırılır. Əksər hallarda limfostaz ayaq və qollarda, bəzən cinsiyyət orqanlarında, süd vəzilərdə, üz nahiyəsində inkişaf edə bilər.

Limfostaz anadangəlmə və qazanılmış ola bilər.

Qazanılmış limfostaz adətən birtərəfli olur - məsələn, bir qolda və ya bir ayaqda inkişaf edir. Ödem gizli inkişaf edir - zədələnmiş ətrafın dərisi solur, dəri tədricən qalınlaşmağa başlayır, dərialtı damarlar daha az görünən olur, şişkinlik yavaş-yavaş artır.

Xəstəliyin əvvəlində şişkinlik insan uzanıb dincəldikdən sonra yox olur (zədələnmiş ayaq və ya qol bir qədər yuxarıda olmalıdır - yastıqların üstünə qoymaq olar). Lakin xəstəlik inkişaf etdikcə bu kömək etmir - şişkinlik qalır və vaxt keçdikcə daha da çox gözə çarpmağa başlayır, xəstəni ağrılar narahat edir. Xəstəliyin ilkin mərhələlərində mütləq həkimə müraciət etmək lazımdır.

Qazanılmış limfostazın səbəbi limfa damarlarının zədələnməsi və nəticədə limfanın normal axması prosesinin pozulmasıdır. Bunun nəticəsində maye toxumalarda yığılmağa başlayır və ödem (şişkinlik) yaranır.

Limfostaz bu kimi hallarda inkişaf edə bilər:

- limfa düyünlərinin və limfa damarlarının şişləri və zədələmələri nəticəsində,

- cərrahi əməliyyatlardan sonra (limfa düyünləri və limfa damarları xaric olunduqda - məsələn, qadınlarda süd vəzi xərçənginə görə keçirilmiş əməliyyatdan sonra inkişaf edə bilər),

- varikoz xəstəliyi nəticəsində,

- travmalardan (sınıq, çıxıq, yanıqlar və s.) sonra (bunların nəticəsində limfa axarları zədələnir),

- bəzi infeksiyaların nəticəsində (adətən bu stafilokokk və qurd infeksiyaları olur).

Limfostazın müalicəsi uzunmüddətlidir. Müalicə zamanı massaj (həm əl, həm də apparat masajı), xüsusi pəhriz, müalicəvi bədən tərbiyəsi, lazerlə müalicə və s. istifadə olunur. Ən əsası isə limfostazın inkişafına səbəb olan əsas xəstəlik müalicə olunmalıdır (əgər bu mümkündürsə).

Bəzi hallarda limfostazın müalicəsi cərrahi yolu ilə aparılır.

 

Mənbə: Saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR