Slimfit
  1. CƏMİYYƏT

Lift düyməsini qıran hakimlə bağlı RƏSMİ AÇIQLAMA

Lift düyməsini qıran hakimlə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

Lift düyməsini qıran hakimlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb.

Ens.Az xəbər verir ki,Bu barədə Oxu.Az-a Binəqədi Rayon Məhkəməsindən bildirilib.

Yayılan məlumatlarla əlaqədar qeyd olunub ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

15:30

Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun “Yeni Həyat” yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasının təfərrüatı üzə çıxıb.

Z.Bağırovun yaxınları “Qafqazinfo”ya bildirib ki, o, 15 günə yaxındır ki, səhhəti ilə əlaqədar bülletendədir və hadisə onun işdə olmadığı müddətdə baş verib.

Bildirilib ki, Z.Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsələr də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət, Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.

Vəkil Hikmət Əliyev bildirib ki, ümumiyyətlə, həmin binaya girişlə bağlı qanunsuz müdaxilələrə görə, başqa şikayətlər də var. Hazırda həmin şikayətlər üzrə də məhkəmə çəkişmələri davam edir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR