LG V40 ThinQ smartfonu anonsdan əvvəl test edildi
Smartfon qutudan Android 8.1 Oreo idarəsi altında işləməlidir.
Hazırda smartfon və digər elektron cihazlar haqqında ətraflı məlumatı rəsmi anonsdan əvvəl saxlamaq mümkün deyil.
Belə ki, LG V40 ThinQ smartfonu Geekbench proqram təminatında test edilib, buna görə də biz onun içərisindəkilər və məhsuldarlığı barədə bəzi ətraflı məlumatı verə bilərik.
LG V40 ThinQ bir kristallı Snapdragon 845 sistemini və 6QB əməli yaddaş əldə edib. Təəssüf ki, smartfon qutudan Android 8.1 Oreo idarəsi altında işləməlidir, amma ola bilsin ki, cihazın satışa cıxmasına qədər vəziyyət dəyişdi.
Bir axınlı testdə nəticə 2425 bal təşkil etdi, prosessorun bütün nüvələrinin istifadəsi zamanı isə cihaz 8769 bal topladı. Bu bir kristallı sistemlə təchiz olunmuş mobil cihazlar üçün adi nəticədir.
LG V40 ThinQ anonsu 4 oktyabr tarixinə planlaşdırılıb.
Mənbə: Ixbt.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət