Slimfit
  1. TEXNOLOGİYA

“LG” şirkəti “Q9 One” adlı təhlükəsiz smartfonunu təqdim edib

“LG” şirkəti “Q9 One” adlı təhlükəsiz smartfonunu təqdim edib
Sakura

“LG” şirkəti “Q9 One” adlı təhlükəsiz smartfonunu təqdim edib

“LG Electronics” şirkəti “Q9 One” adlı yüksək texniki səviyyəli smartfon təqdim edib. Yeni aparat böyük ölçülü ekran, yüksək təhlükəsizlik səviyyəsi və “Android One” platforması ilə təchiz edilib.
 
ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon 3120 x 1440 piksel təsvir ölçüsünə malik və tərəflər nisbəti 19,5:9 təşkil edən 6,1 düymlük “Super Bright IPS” displey, “Qualcomm Snapdragon 835” səkkiz nüvəli prosessoru və “Adreno 540” qrafika sürətləndiricisi ilə təchiz edilib.
 
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 64 QB təşkil edir. Tutumu 2 TB-dək olan “microSD” çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür. Aparat “IP68” və “MIL-STD 810G” standartları üzrə sertifikatlaşdırılıb ki, bu da su və toza qarşı yüksək dayanıqlığa zəmanət verir.
 
“LG” əsas kameranı işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik şəkil sensoru ilə təchiz edib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Həmçinin “4G VoLTE”, “Wi-Fi 802.11 ac”, “Bluetooth 5 LE”, “NFC” və “GPS” kimi simsiz kommunikasiya texnologiyaları dəstəklənir.
 
Telefon 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və “Android 9.0 Pie” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
“LG Q9 One” smartfonu yalnız mavi rəngli korpusda satılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR