Slimfit
  1. MƏDƏNİYYƏT

Leyla Əliyeva dünya şöhrətli rəssamın sərgisində

Leyla Əliyeva dünya şöhrətli rəssamın sərgisində
Sakura

Leyla Əliyeva dünya şöhrətli rəssamın sərgisində

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb.

"Qafqazinfo" xəbər verir ki, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər silsiləsinin davamıdır.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Görkəmli rəssamla Heydər Əliyev Fondunu və Heydər Əliyev Mərkəzini uzun illərdir dostluq və əməkdaşlıq əlaqələrinin bağladığını deyən mərkəzin direktoru Anar Ələkbərov bu günədək rəssamla bir neçə layihənin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli rəssamın “Dostluq” ordeninə layiq görüldüyünü deyən Anar Ələkbərov, onu bu münasibətlə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, dünya şöhrətli rəssam Zurab Seretelinin əsərlərindən ibarət sərginin Bakıda təqdim olunması paytaxtımızın mədəni həyatında mühüm hadisələrdən biridir.

Sonra Əbülfəs Qarayev Zurab Sereteliyə “Dostluq” ordenini təqdim edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR