Slimfit
  1. CƏMİYYƏT

Leyla Əliyeva daun sindromlu uşaqlarla birgə

Leyla Əliyeva daun sindromlu uşaqlarla birgə
Sakura

Leyla Əliyeva daun sindromlu uşaqlarla birgə

Dekabrın 24-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Yeni il bayramı ilə əlaqədar şənlik təşkil olunub.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Leyla Əliyeva Mərkəzdə müalicə alan uşaqlarla söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib.

İncəsənət ustalarının çıxışları, hazırlanmış maraqlı şoular uşaqlara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tez-tez görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda iştirak edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR