Leyla Abdullayeva Ermənistanın birgə təlimləri “təxribat” adlandırmasına cavab verdi
Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.
O, Ermənistan XİN-i son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirməsinə cavab olaraq qeyd edib:
“Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət