Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranda xalça emalatxanası tikilir

Lənkəranda xalça emalatxanası tikilir
Sakura

Lənkəranda xalça emalatxanası tikilir

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il istifadəyə veriləcək filiallarından biri də Lənkəranda yaradılır. Cəmiyyətin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Lənkəran filialı üçün inşa olunan binada tikinti işləri sürətlə davam etdirilir.

"EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşaası aparılan birmərtəbəli xalça emalatxanası binasının tikintisinə bu ilin iyun ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşdırılıb. Hazırda daxili divarlar hörülür, dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə su hovuzu tikilir, abadlıq işləri aparılır.

Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarət olacaq. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.

“Azərxalça”nın Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə Lənkəran şəhərində tədris-hazırlıq kursu təşkil edilib.

Xalça emalatxanası binasının tikintisinin, tədris-hazırlıq kursunun bu ayın sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Prezidentin 2018-ci il 17 mart tarixli sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR