Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranda 3 dəfə çox məhsul verən 4 yeni çay növü əldə edilib

Lənkəranda 3 dəfə çox məhsul verən 4 yeni çay növü əldə edilib
Sakura

Lənkəranda 3 dəfə çox məhsul verən 4 yeni çay növü əldə edilib

 

Lənkəranda uzun illər aparılan tədqiqat işlərinin nəticəsi olaraq 4 yeni çay növü əldə edilib. Yeni növ çay əvvəlkilərdən 3 qat məhsuladarlığı ilə fərqlənir.

Bunun sayəsində çay sahələrindən mövsüm ərzində adi qaydada olduğu kimi  3-4 dəfə yox, 10-12 dəfə çay yığmaq mümkün olacaq. 

Azərbaycanda çayçılığın inkişafı üzrə dövlət proqramına uyğun olaraq tədqiqat işləri  davam etdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və KTN-nin Meyvəçilk və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çayçılıq filialının birgə apardığı tədqiqat işləri uğurlu nəticələr verib.

Professor Fərman Quliyev deyir ki, bu sortlar yüksək keyfiyyət göstəricilərinə görə, bu vaxta  kimi yayılmış çaylardan fərqlənir. Bundan başqa yeni növ daha tez məhsul verir. 

“Adi təsərrüftatlarda mövsüm ərzində cəmi 3-4 dəfə yığım aparıldığı halda, həmin sahələrdən  ötən il 7 dəfə çay yığılıb. Bu il  isə 9 dəfə yığım aparılacaq.  Bu da yüksək məhsuldarlıqdan xəbər verir.  Yeni sortlar Azərbaycanın iki seleksiya sortu ilə müqayisə olunaraq öyrənilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilən yeni sortlar sınaqdan keçirlərək  təsdiq olunub. 

Gələn ildən rayonlaşdırılacağı gözlənilən bu sortlar artırılaraq cənub rayonlarında çayçılıqla məşğul olan fermerlərə veriləcək”,- deyə professor bildirib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR