Dərc edildi: Baxış sayı: 3459
Lənkərana üç şəhid aparılır? – Müdafiə Nazirliyindən açıqlama
Sosial şəbəkələrdə Lənkəran şəhərinə üç yeni şəhidin aparılması ilə bağlı məlumatlar yayılıb.
Məlumatın doğruluğunu öyrənmək üçün Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, vəziyyət tam sakitlikdir və yeni şəhidimiz yoxdur.
Qeyd edək ki, iyulun 12-dən 13-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi artilleriya atəşinə tutublar. Hadisə nəticəsində Ordumuz 11 şəhid verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət