Slimfit
  1. AZƏRBAYCAN

Lənkəran-Lerik yolu yenidən qurulur

Lənkəran-Lerik yolu yenidən qurulur
Sakura

Lənkəran-Lerik yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu ilin yanvar ayından Lənkəran-Lerik yolunda yenidənqurma işlərinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 56 kilometrlik yolun sürüşmə aktivliyinin daha çox müşahidə edilən hissələrində 100-150 metr uzunluğu və 4-5 metr hündürlüyü olan istinad divarları tikilir. Yolun 18, 21, 33, və 36-cı kilometrliyində torpaq sürüşməsinin və uçqunların qarşısını almaq məqsədilə tikilən divarların təməlinin hündürlüyü 2 metr, eni 1,2 metrdir.

Bundan başqa, yol yatağının əlavə bərkidilməsi işləri görülür, suötürücü borular quraşdırılır. Həmçinin sərt döngələrdə və dörd körpüdə genişləndirmə işləri aparılır.

İki hərəkət zolağı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 12 metr, asfalt beton örtüyüünü eni isə 7 metr nəzərdə tutulub.

Lənkəran-Lerik yolunun yenidənqurmadan sonra bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR