Dərc edildi: Baxış sayı: 472
Lənkəran həftəsonu qadağasından sonra
Şənbə və bazar günləri evdən çıxma ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın qadağa qərarı Lənkəranda da aradan qaldırılıb.
Baku TV xəbər verir ki, bu gündən nəqliyyatın hərəkəti, marketlər, ticarət mərkəzləri, apteklərin fəaliyyəti bərpa edilib.
Lənkəran sakinləri artıq normal həyat tərzinə geri dönüblər.
Xüsusi karantin rejimi yumşaldılsa da, vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunur. Həftəsonu sərt karantin rejiminin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunublar.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət