Slimfit
  1. DÜNYA

Leninin portretləri hərracda inanılmaz qiymətə satıldı

Leninin portretləri hərracda inanılmaz qiymətə satıldı
Sakura

Leninin portretləri hərracda inanılmaz qiymətə satıldı

XX əsrin məşhur rəssamlarından sayılan Endi Uorholun Böyük Britaniyadakı hərracda dörd əsəri satılıb.

Bizimyol.info xəbər verir ki, onlardan ikisi Rusiya bolşeviklərinin lideri Vladimir Leninin rəsmləri olub.

Uorholun dəyəri yüz minlərlə ölçülən sənət nümunələri var. Elə nümunələrlə müqayisə etsək, Leninin portretləri bir o qədər baha satılmayıb. Bununla belə, bu portretlərin belə yüksək qiymətə satılacağını çoxları gözləmirdi. İki rəsmə üst-üstə 147,1 min dollar veriblər. “Qırmızı Lenin” 62,5, “Qara Lenin” isə 84,6 min dollara satılıb. Hər iki əsər 1987-ci ildə çəkilib.

İş orasındadır ki, Uorholun digər iki əsərinə də böyük pullar verilməyib. Həm “Səbəbsiz üsyançı”, həm də “Bethoven” hərracda 71,6 min dollar dəyərində qiymətləndirilib.

Hərracda Yayoi Kusamanın əsərləri daha çox qazanc gətirib. Yapon rəssam 208,3 min dollar qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR