"Legiya"nın baş məşqçisi: "Qarabağ"ı "Drita" ilə oyundan sonra düşünəcəyik"
Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib.
"Report" "Sport.interia.pl" saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis hələlik III raundda Kosovo "Drita"sı ilə keçirəcəkləri matçı düşündüklərini bildirib.
Bosniya və Herseqovina əsilli polşalı baş məşqçi Azərbaycan çempionunu yalnız sözügedən qarşılaşmadan sonra analiz edəcəklərini söyləyib: "Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. İki il öncə Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər. Həmin vaxt keçirdikləri oyunları yaxşı xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın "Reyncers" klubu daha güclü idi".
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Görüş oktyabrın 1-də səfərdə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət