Slimfit
  1. MƏŞHURLAR

Ledi Qaqa “Oskar”ı 40 milyonluq brilyantla aldı

Ledi Qaqa “Oskar”ı 40 milyonluq brilyantla aldı
Sakura

Ledi Qaqa “Oskar”ı 40 milyonluq brilyantla aldı

Müğənni Ledi Qaqa “Oskar” mükafatının təqdimetmə mərasiminə dəyəri 40 milyon dollar olan boyunbağı ilə gəlib.

Kult.az xəbər verir ki, bu məlumatı ABC yayıb.

Məlumata görə, boyunbağıda dünyanın ən böyük brilyantlarından biri yer alıb. Brilyant “Tiffani Co” şirkətinə aiddir. O, 1877-ci ildə Cənubi Afrikada aşkar edilib və tapılan zaman 288 karat olub. Şirkətin bu almazı cilalamasından sonra onun çəkəsi 128,54 karata düşüb.

Qeyd edək ki, sonuncu dəfə bu brilyant boyunbağını 1961-ci ildə Odri Hepbern “Tiffanidə səhər yeməyi” reklam filminin çəkilişi zamanı taxıb. Bu brilyant heç vaxt “Oskar” mükafatının təqdimatlarında görünməyib və şirkət ilk dəfə bu şəraiti Ledi Qaqa üçün yaradıb.

Ledi Qaqanın taxdığı boyunbağı 1 ilə ərsəyə gəlib. Onun hazırlanmasında 481 daşdan istifadə edilib.

Xatırladaq ki, Ledi Qaqa “Ulduz doğuldu” filmindəki “Şallou” musiqisinə görə bu gün “Oskar” mükafatına layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR