Layla
Layla - körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:
Layla beşiyim, layla,
evim eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.
Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.
Bəstəkar laylaları
Fikrət Əmirov - Layla (sözləri Nəbi Xəzrinindir)
Fikrət Əmirov - "Sevil" operasında Atakişinin laylası
Qara Qarayev - “İldırımlı yollarla” baletindən “Layla”
Qara Qarayev - xor üçün “Layla”
Asəf Zeynallı - Laylay
Şəfiqə Axundova - Almaz Orucovanın ifasında Laylay
Tofiq Quliyev - Aybəniz Haşımovanın ifasında "Sürəyya" filmindən laylay
Tofiq Quliyev - Şövkət Ələkbərovanın ifasında laylay ("Ögey ana" filmindən)
Emin Sabitoğlu - Şövkət Ələkbərovanın ifasında laylay
Ramiz Mustafayev - Layla (Söz: Sərdar Əsəd)
Musa Mirzəyev - Filin laylası
Xəyyam Mirzəzadə - Kuklanın laylası
Vasif Adıgözəlov - Layla
Aqşin Əlizadə - "Qədim laylay" (a capella xoru üçün)
Oqtay Zülfüqarov - Ana laylası
Ramiz Zöhrabov - xalq çalğı alətləri orkestri üçün «Laylay» (1998)
Sərdar Fərəcov - simli orkestr, arfa və fortepiano üçün "Oxunmamış layla" (Məleykə Hacıbəyovanın xatirəsinə)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət