Slimfit
  1. TARİX

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə illik gəliri və büdcə xərcləri haqqında

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə illik gəliri və büdcə xərcləri haqqında
Sakura

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə illik gəliri və büdcə xərcləri haqqında

Azərbaycan Parlamentinin Sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə 1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən biri “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri” kitabçasıdır. Həmin kitabçanı ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyev ingilis dilindən tərcümə edərək nəşr etmişdir.

Enter.News həmin kitabçadan Qafqaz Azərbaycanı Cümhuriyyəti Büdcəsi haqqında - 1919-cu il üçün illik gəlirin və büdcə xərclərinin smetası illik gəliri olah hissəni təqdim edir:

Gəlir mənbəyi. Məbləğ (manatla)

I. Mustəqim vergilər:

Torpaq vergisi, mənzil kirayəsi, 115.000.000 gəlir vergisi; hərbi mukəlləfiyyət vergisi, notarial vergilər;

II. Qeyri-mustəqim vergilər: 120.000.000 Ağ neft, benzin, surtgu yağları: kerosin; digər neft məhsullarından alınan vergi gömrük haqqı: 100.000.000

III. Möhür haqqı, azad ticarətdən, yuk daşınmalarından; transit sərnişinlərindən və mallardan, malların sığortasından və s. alınan vergilər. 15.000.000

IV. Dövlət inhisarları. 7.000.000

V. Neft mədənlərinin istismarından, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan vergilər 228.000.000

VI. Dövlət dəmiryolunun xalis gəliri 50.000.00

Cəmi: 665.000.000

Xərclər

Xərclərin adı. Məbləğ (manatla)

Adi xərclər

1. Ali dovlət idarələri: Parlament 7.000.000

2. Daxili İşlər Nazirliyi 20.000.000

3. Xazinədarlıq 30.000.000

4. Ədliyyə Nazirliyi 13.000.000

5. Xarici İşlər Naziriyi 10.000.000

6. Təhsil Nazirliyi 45.000.000

7. Hərbi Nazirlik və Dəniz Donanması 60.000.000

8. Yerli hökumət 75.000.000

9. Əkincilik və Dovlət Əmlakı Nazirliyi 45.000.000

10. Təchizat Nazirliyi 17.000.000

11. Əmək Nazirliyi 10.000.000

12. Poct və Teleqraf Nazirliyi 15.000.000

13. Ticarət və Sənaye Nazirliyi 32.000.000

14. İctimai Təminat Nazirliyi 15.000.000

15. Dovlət nəzarəti 6.000.000

16. Gözlənilməz xərclər 15.000.000

Adi xərclərin umumi məbləği: 415.000.000

Fövqəladə xərclər

1. Şəhər və kəndlərin bərpası. Kənd təsərrufatı üçün sair xərclər 130.000.000

2. Epidemiyalara qarşı mubarizə 10.000.000

3. Ordunun illik təchizatı 80.000.000

4. Təhsil üçün müvəqqəti xərclər 30.000.000

Fövqəladə xərclərin məbləği - 250.000.000

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR