Layihə iştirakçıları mükafatlandırılıblar
Qubada Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
ARTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirmək olub.
Tədbirdə ötən illərdə “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində keçirilən müsabiqədə müvəffəqiyyət qazanan şəxslər iştirak ediblər.
Təhsil menecerlərinin yekun hesabatları dinlənilib.
İkiillik təcrübəyə əsasən çatışmazlıqlar və uğurlu nəticələr, həmçinin təcrübə proqramı müddətində menecerlərin gördükləri işlər müzakirə olunub, gələcək hədəflər planlaşdırılıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqədir. Bu müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət