Slimfit
  1. DÜNYA

Lavrovun Qarabağ haqda fikirləri necə dəyişdirilib?

Lavrovun Qarabağ haqda fikirləri necə dəyişdirilib?
Sakura

Lavrovun Qarabağ haqda fikirləri necə dəyişdirilib?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsilə bağlı verdiyi açıqlama hələ də gündəmin əsas müzakirə mövzularından biridir. 

Yeni Sabah” xatırladır ki, Sergey Lavrov Ermənistanda səfərdə olarkən bəyan etmişdi ki, münaqişənin həlli “Dağlıq Qarabağ xalqının” razılığı olmadan mümkün deyil. “Hamıya bəllidir ki, Dağlıq Qarabağın xalqının, onun əhalisinin razılığı olmadan heç bir razılaşmanın rəsmiləşdirilməsi mümkün olmayacaqdır...”, deyə o bildirmişdi.

Sonradan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində onun çıxışından “Dağlıq Qarabağın əhalisi” ifadəsi çıxarılaraq yalnız “Dağlıq Qarabağın xalqı” ifadəsi saxlanılılıb.

Siyasi şərhçilər hesab edir ki, bu, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq üçün atılan addım ola bilər.

Son dövrlər Azərbaycan-Rusiya əlaqələrində intensivlik müşahidə olunur. Qarşılıqlı çoxsaylı səfərlər, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində mövcud olan yüksək inkişaf tempi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, xüsusən Azərbaycan və Rusiya prezidentlərinin şəxsi dostluq əlaqələri və müntəzəm təmasları iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bugünkü vəziyyətini xarakterizə edən əsas məqamlardır. 

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində Ermənistanın yeni hakimiyyətinin irəli sürdüyü absurd təkliflərin ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən rədd edilməsi, Azərbaycanın münaqişənin həllinə dair haqlı mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməsi, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın sonlarında Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməsi Ermənistanda olduğu kimi, Rusiyadakı erməni lobbisində də ciddi narahatlıq doğurub. 

Bu lobbinin Rusiyanın Xarici İşlər Nazirliyində böyük imkanlara malik olduğu məlumdur. Politoloqlar hesab edir ki, Sergey Lavrovun Yerevanda səsləndirdiyi və münaqişənin həlli danışıqlarının gedişatına zidd açıqlamaları ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinə, həmçinin Rusiyanın Minsk Qrupu çərçivəsində vasitəçilik təşəbbüslərinə zərbə vurmaq məqsədi daşıyır.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da məsləni Yenisabah.az-a şərh edərkən Lavrovun açıqlaması ilə bağlı irəli sürülən mülahizələrdə həqiqət payının olduğunu istisna etməyib. “Doğrudur ki, Rusiya Xarici İşlər Nazirliyində etməni lobbisi kifayət qədər güclüdür və onlar daim Azərbaycan əleyhinə iş aparırlar. Lavrovun özü də erməni təəssübünü çəkdiyini açıqlamaları ilə aydın şəkildə ifadə edir. Lakin burada bir məsələ var. Əgər doğrudan da bu Lavrov səviyyəsində özfəaliyyətdirsə, o zaman Rusiya hakimiyyətinin zirvəsində oturanlar bunu durdurmalıdırlar. Çünki bu tip açıqlamalar doğrudan da Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vura bilər. Lakin təəssüf ki, biz hələ Rusiyanın tüksək siyasi dairələrinin Lavrovun açıqlamasına münasibətini görmürük”, - deyə politoloq bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR